» » Yanğının söndürülməsində çətinlik yaranıb

Yanğının söndürülməsində çətinlik yaranıb

Bölmə: Xəbər
Yanğının söndürülməsində çətinlik yaranıb
Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın başlayıb.

“Xalqinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanılıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yanğınla bağlı məlumat yayıb.

"Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler