» » Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır -

Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır - ilk dəfə

Bölmə: Xəbər
Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır -
Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.

Bu barədə Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir:

“Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir”.

A.Nəcəflinin sözlərinə görə, layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub:

“Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək”.

Magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler