» » Tanınmış jurnalistlər Mehman Əliyevi zaminə götürmək istəyirlər -

Tanınmış jurnalistlər Mehman Əliyevi zaminə götürmək istəyirlər - Prezidentə müraciət

Bölmə: Xəbər
Tanınmış jurnalistlər Mehman Əliyevi zaminə götürmək istəyirlər -
Bir qrup tanınmış media nümayəndəsi “Turan” İformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, müraciəti “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi” adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu imzalayıb.

Müraciətdə deyilir:

“Mehman Əliyevin jurnalistika sahəsində 29 illik fəaliyyəti gözlərimiz önündə keçib. Onun yeni Azərbaycanın mediasının, mətbuatın özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətləri var. Mehman Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib, ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanları tərəfindən “Turan” Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin Mehman Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz Mehman Əliyevə zamin durmağa hazırıq”.

Müraciət müəlifləri bildirirlər ki, agentlik direktoruna qarşı irəli sürülən ittihamlar iqtisadi xarakterli olsa da, onun həbsindən sonra ictimai rəydə belə fikir üstünlük təşkil edir ki, jurnalist peşə fəaliyyəti ilə əlaqədar təqib olunur. Sənəddə göstərilir ki, M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub, lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb. Tənqid obyektlərindən isə kiminsə həmin çıxışlara fərqli münasibəti ədalət mühakiməsinin yürüdülməsinə təsir göstərməməlidir.

Sənədi imzalayan şəxslər xatırladırlar ki, Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb.

“Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız” – deyə müraciətdə bildirilir. Həmkarlarının taleyindən narahatlıq keçirən müraciət müəllifləri istintaqın Mehman Əliyev azadlıqdan məhrum edilmədən aparılması üçün müvafiq təşkilatlara göstəriş verməyi ölkə Prezidentindən xahiş ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler