» » Əziz Orucovun həbs müddəti uzadıldı

Əziz Orucovun həbs müddəti uzadıldı

Bölmə: Xəbər
Əziz Orucovun həbs müddəti uzadıldı
Jurnalistin həbs müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Ə.Orucovun barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay müddətinə artırılıb.

Bildirək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb və məhkəmə ona qarşı 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.

İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler