» » Məhərrəm ayının başlanma tarixi məlum oldu

Məhərrəm ayının başlanma tarixi məlum oldu

Bölmə: Xəbər
Məhərrəm ayının başlanma tarixi məlum oldu
Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq.

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler