» » “Lotu Quli”ni onlar aradan götürmək istəyir - Yeni kriminal ittifaq

“Lotu Quli”ni onlar aradan götürmək istəyir - Yeni kriminal ittifaq

Bölmə: Xəbər, MANŞET, GÜNDƏM
“Lotu Quli”ni onlar aradan götürmək istəyir - Yeni kriminal ittifaq
Azərbaycanlı kriminal avtoritetlər arasında yeni “müharibə” başlayır.

“Xalqinfo” xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Artıq bir qrup “qanuni oğru” azərbaycanlı qanqsterlərin lideri Nadir Səlifova (Lotu Quli) mesaj da göndərib. Belə ki, Qulinin bir neçə adamı döyülüb, atışma baş verib. Səlifovun reputasiyasına bələd olan əməliyyatçılar onun tezliklə "müxalifətin ovuna” çıxacağını gözləyirlər.

Mənbənin sözlərinə görə, uzun danışıqlardan sonra 4 azərbaycanlı “vor zakon” Quliyə qarşı vahid müxalifət yaradıb. Söhbət Rafiq Eyvazov (Rafik Masallinski), Cavid Məmmədov (Dato Ağcəbədinski), Emin Əhmədov (Emin Hacıqabullu) və Ceyhun Əskərovdan (Ceyhun Gəncəli) gedir. Onların daha əvvəl Rövşən Lənkəranskinin klanına daxil olan avtoritetlərdən dəstək aldıqları da qeyd edilir. Həmin müxalifət qrupu arasında Lənkəranskinin qohumu Zaur da var.

Silahlı atışma ilə qeydə alınan qarşıdurmalardan birinin Azərbaycanda baş verdiyi qeyd olunur.

Mənbə onu da əlavə edi ki, “qanuni oğru”ların ona qarşı birləşməsi Quli üçün gözlənilməz olub. Lakin artıq özünə gələn avtoritet qruplaşmaya qarşı əməliyyata hazırlaşır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler