» » Baş nazir siyahını təsdiq etdi

Baş nazir siyahını təsdiq etdi

Bölmə: Xəbər
Baş nazir siyahını təsdiq etdi
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.

“Xalqinfo” xəbər verir ki, dəyişiklik qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin həmçinin Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərinə əsasən edilib.

Qərarla “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler