» » DTX-nın silahlı toqquşmadan sonra saxladığı İŞİD üzvlərinə cəza istənildi

DTX-nın silahlı toqquşmadan sonra saxladığı İŞİD üzvlərinə cəza istənildi

Bölmə: Xəbər
DTX-nın silahlı toqquşmadan sonra saxladığı İŞİD üzvlərinə cəza istənildi
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun məhkəməsi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çııxş edib.

Prokuror Aydın Gülməmmədovun 14 il, Əmrah İmanovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayında saxlanılıblar.

Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılmışdı.

Ona Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd etmişdi. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərləşdirilmişdi. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülmüşdü.

4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilmişdi. Onalar Sumqayıt şəhər sakinləri Aydın Gülməmmədov və Əmrah İmanovdur.

Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çataraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriib.

Təqsirləndirilən şəxslərin hər biri onlaraq qarşı irəli sürülən ittihamla özlərini günahkar bilmədiklərini deyiblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler