FHN Tovuzdakı ağır yol qəzası ilə bağlı məlumat yayıbBölmə: Xəbər
Tovuzda ağır yol qəzası baş verib. Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:05-də başa çatıb. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|