» » İŞİD komandiri öldürüldü

İŞİD komandiri öldürüldü

Bölmə: Xəbər
İŞİD komandiri öldürüldü
Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşmasının komandirlərindən birinin öldürüüldüyü xəbəri yayılıb.

ans press-in məlumatına görə, Kobanidə bu gün günorta saatlarından sonra İŞİD-lə Peşmərgə kürd qüvvələri arasında döyüşlər daha da şiddətlənib.

Belə ki, İŞİD kürdləri ətrafdan təcrid etmək üçün Mürşitpınar sərhəd qapısını top atəşinə tutub. Lakin kürd silahlılar da irəliləyərək İŞİD-dən bir bölgəni geri ala biliblər. Şiddətli döyüşlər zamanı koalisiya qqüvvələri də İŞİD-in mövqelərini havadan bombalayıb.

Bombardman zamanı İŞİD-in aparıcı komandirlərindən biri Məhəmməd Casemin öldüyü bildirilir. Komandirin ölüm xəbərini Suriya Haqları Müşahidəsi yayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler