» » Rusiyada azərbaycanlıların sıx yaşadığı şəhərə hücum olundu - ölü və yaralılar var

Rusiyada azərbaycanlıların sıx yaşadığı şəhərə hücum olundu - ölü və yaralılar var

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Rusiyada azərbaycanlıların sıx yaşadığı şəhərə  hücum olundu - ölü və yaralılar var
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində naməlum və bəzi mənbələrə görə, maskalı şəxslər şəhərin mərkəzi küçələrindən birində piyadaılara hücum edib.

Virtualaz.org yerli mənbələrə istinadən bildirir ki, hələlik baş verənlər barədə rəsmi mıəlumat verilməsə də, social şəbəkələrdə yerli sakinlər iki nəfərin ölməsi və bir neçə yaralı barədə yazıblar.

Eyni zamanda, yerləşdirilmiş fotoşəkillərdən ölənlərin olduğunu görmək mümkündür.

Rusiya İstintaq Komitəsinin dairə üzrə idarəsi hadisə barədə rəsmi məlumat yayıb.

Mənbəyə görə, bıçaqla silahlanmış naməlum şəxs 8 nəfərə xəsarət yetirib. Yaralılar xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler