» » İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür
İsveç prokurorları bəyan ediblər ki, Kanadanın təyyarələr, qatarlar və dəmiryol avadanlıqları istehsal edən qlobal “Bombardier” şirkətinin əməkdaşına qarşı şirkətin daha bir neçə əməkdaşı ilə əlbir olaraq 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu rüşvətlə ələ almaq” barədə rəsmi ittiham irəli sürəcəklər.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” bildirir. Həmin məmurun adı açıqlanmır.

Bu ilin martında İsveç prokurorları “Bombardier” şirkətinin bu ölkədəki törəmə şirkətinin 37 yaşlı rusiyalı əməkdaşının həbsi barədə məlumat yayıb. Həmin əməkdaş 2013-cü ildə Azərbaycan Dəmir Yollarına Bakı-Böyük Kəsik dəmir yol xətti üçün siqnal avadanlıqlarının satılmasına dair müqavilə bağlanarkən yerli məmurlara rüşvət verməkdə ittiham olunurdu.

Prokurorlar bildirirlər ki, şirkət nümayəndələrinin Azərbaycan məmuru ilə korrupsiya sövdələşməsinə dair elektron poçt şəklindəki dəlilləri “Bombardier”in İsveç ofisində ötən ilin oktyabrında aparılmış axtarış zamanı əldə ediblər.

İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

İş üzrə həbs olunanlardan birinin vəkili Kristina Bergner isə Reuters-ə bildirib ki, şirkət əməkdaşları ittihamları hələ də rədd edirlər.

“Bombardier” şirkətinin dəmir yol nəqliyyatının idarə edilməsi üzrə kommunikasiyalar rəhbəri Barbara Grimm isə bildirib ki, onlar həmin ittihamlara çox ciddi yanaşırlar. Çünki ittihamlar şirkətin dəyələrini və yüksək standartlarını əks etdirmir. Grimm “Bombardier” şirkətinin faktların və xüsusatların araşdırılmasına dəstək verəcəyini açıqlayıb.

Agentliyin xatırlatdığı kimi bu ilin martında İsveç prokurorları bildiriblər ki, “Bombardier” Azərbaycan Dəmir Yolları administrasiyasının daha yaxşı qiymət təklifləri verən başqa şirkətləri tenderdən kənarlaşdırmasından sonra bu tenderi udub.

İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

Xatırladaq ki, ittihamlara əsasən Azərbaycan məmurları (həmin vaxt “Azərbaycan Dəmir Yolları” ASC Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-yə nəqliyyat naziri Ziya Məmmədovun müavini statusunda Arif Əsgərov rəhbərliyi həyata keçririrdi) həmin müqavilədən “otkat” şəklində 56 milyon dollar alıblar.

Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmiryolunda “İnterfilo 200” siqnal sistemlərini quraşdırımalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə "İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır.

İsveç prokurorları Azərbaycan məmuruna qarşı rəsmən rüşvət ittihamı irəli sürür

Bəs bu korrupsiya sövdələşməsinin üstünün açılmasına və həbslərə gətirib çıxaran proseslər necə başlamışdı? Belə məlum olur ki, araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə "Bombardier" şirkəti tərəfindən "Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin “Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler