» » Bakıda sərnişin sürücüyə tapança tuşladı - "Mənə heç kəs heç nə edə bilməz" + Video

Bakıda sərnişin sürücüyə tapança tuşladı - "Mənə heç kəs heç nə edə bilməz" + Video

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Bakıda sərnişin sürücüyə tapança tuşladı - "Mənə heç kəs heç nə edə bilməz" + Video
Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).

Xalqinfo” “Haqqin.az”a istinadən xəbər verir ki, lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxıb. Belə ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyib. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verib.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmayıb və bu qorxmazlığı ilə əslində daşıdığı insanları xilas edib.

Ümid edək ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler