» » Avropa: traffikinq qurbanlarının çoxu

Avropa: traffikinq qurbanlarının çoxu

Bölmə: Xəbər
Avropa: traffikinq qurbanlarının çoxu

2010-2013-cü illər arası Avropa İttifaqına üzv ölkələrdə 30 mindən artıq adamın traffikinq qurbanı kimi tanındığı bildirilir.

Avropa Komissiyasının son hesabatına əsasən Insan alveri qurbanlarının 80 faizi qadındır və bunların 69 faizini cinsi istismara məruz qalanlar təşkil edir.

İnsan alveri qurbanlarının üçdə ikisi Avropa İttifaqı ölkələrinin sakinləridir.
Daxili işlər məsələləri üzrə Avropa İttifaqı baş komissarının sözlərinə görə rəqəmlər yalnız qeydə alınan işləri əks etdirir.

"Biz iddia etmirik ki, traffikinqin tam miqyasını dəyərləndirmişik”, - Cecilia Malmstroem bildirib.

2010-2012-ci illərdə insan alverilə bağlı işlər üzrə 8,551 adama ittiham təqdim olunub.
İnsan alverilə bağlı Aİ-nin Eurojust Ədliyyə Agentliyinin 2012-ci ildəki hesabatında ölkələr arasında hüquq-mühafizə əməkdaşlığının bəzi nəticələrini əks etdirir.

Bolqarıstandan Yunanıstana gətirilən hamilə qadınlar uşaqlarını yunan çütlüklərə övladlığa verməyə məcbur ediliblər. İşlə bağlı Bolqarstında 6 Yunanıstanda isə 5 şübhəli şəxs saxlanılıb.

Polşa və Britaniya polisinin müştərək əməliyyatı nəticəsində fırıldaqçıların çoxmilyonluq sosial yardım almaq məqsədilə Polşadan Britaniyaya 200 adamın traffikinq edildiyi aşkar olunub. İşlə bağlı Polşada 29 və Londonda 2 nəfər həbs olunub.

Çexiya dəstəsi Britaniyaya gətirdikləri qadınları fəişə işləməyə məcbur edib. Dəstəyə üzv olan 7 adam məhkum edilib.

Hesabatda deyilir ki, üzv ölkələr onlara verilən səlahiyyətlərdən kifayət qədər istifadə etmirlər.

Beləki , qanun hakimiyyətlə əməkdaşlığa gedən qeyri-avropalı traffikinq qurbanlarına müvəqqəti yaşayış izninin verilməsini nəzərdə tutur.
2012-ci ildə 23 Aİ ölkəsində traffikinq qurbanı kimi qeydiyyatdan keçirilən şəxslərin sayı 2,171 nəfər olduğu halda müvəqqəti yaşayış izni alanların sayı 1,124 olub.

BBC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler