» » Bakıdan Lənkərana yasa gedənlər qəzaya düşdülər - Ölən və yaralananlar var

Bakıdan Lənkərana yasa gedənlər qəzaya düşdülər - Ölən və yaralananlar var

Bölmə: Xəbər, Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıdan Lənkərana yasa gedənlər qəzaya düşdülər - Ölən və yaralananlar var
Masallıda ağır yol qəzası olub.

Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər-1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler