» » ““Turan”ı bağlaya bilərlər” - Mehman Əliyev danışdı

““Turan”ı bağlaya bilərlər” - Mehman Əliyev danışdı

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
““Turan”ı bağlaya bilərlər” - Mehman Əliyev danışdı
Mehman Əliyev rəhbəri olduğu agentlikdəki vergi yoxlamasından danışdı

“Cinayət işi çərçivəsində yoxlama gedir”.

Bu haqda musavat.com-a açıqlamasında hazırda ofisində yoxlama prosesi aparılan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev məlumat verib. Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir: “İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nətcəsində baş verə bilər”.

Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlər hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmədi. M.Əliyev bildidi ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da... Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.

M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini dedi: “Biz də işləyirik, onlar da. Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler