» » Maşınla vurulan piyadanın başı “patpress”i dağıtdı-

Maşınla vurulan piyadanın başı “patpress”i dağıtdı- Bakıda+Video

Bölmə: Xəbər
Maşınla vurulan piyadanın başı “patpress”i dağıtdı-


Bakıda piyada keçidindən keçməyən daha bir piyadanın faciəli aqibəti Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameraları tərəfindən anbaan qeydə alınıb.


“Xalqinfo.az” avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində - «Xalq bank»ın binasının qarşısında baş verib. Üzərində “taksi” nişanı olan “Mersedes” markalı avtomobilin qarşısına qəflətən çıxan piyada əvvəlcə asta-asta yolun hərəkət hissəsinə keçir. Sonra isə maşının yaxınlaşdığını görüb qaça-qaça yolu keçməyə çalışır. Sürücü maşını kənara çəkməyə çalışsa da, təəssüf ki, piyada da məhz həmin istiqamətə qaçır və maşın onu vurur.

Zərbə o qədər güclü olur ki, piyadanın başı avtomobilin qabaq alın şüşüəsinə dəyərək parça-parça edir. Piyada isə sürətlə hərəkət edən avtomobilin zərbəsindən bir neçə metr kənara düşür. Ətrafdakı insanlar yaralıya kömək etmək üçün hadisə yerinə yaxınlaşırlar.

Məsələ burasındadır ki, bu hadisənin baş verdiyi yerin yaxınlığında piyada keçidi var. Lakin bu piyada keçiddən yox, qadağan olunmuş yerdən yolu keçməyə çalışır. Bu da piyada səhlənkarlığının faciəli sonluğu…



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler