Millət vəkilinin dizayner qızı açılış etdi – FotolarBölmə: Xəbər, BLOK XƏBƏR
Ötən gün Bakıda dizayner Mənzər Hacıyevanın şou-rumunun açılışı olub. Qafqazinfo nun məlumatına görə, Milli Məclisin deputatı, professor Asəf Hacıyevin qızı olan Mənzərin tədbirinə dizaynerin ailə üzvləri ilə yanaşı, bir çox tanınmış insanlar da qatılıb. Azərbaycanın istedadlı dizayneri Mənzər Hacıyeva Bakıda doğulsa da, onun uşaqlığı Moskvada və İstanbulda keçib. O, ABŞ-ın Nyu-York Universitetini və Parsons Dizayn Məktəbini uğurla bitirərək, təhsilini Paris Dəb Məktəbinin Bercot Studiyasında davam etdirib. Mənzər Londonda Mərkəzi San Martins parça rənglənməsi kurslarını bitirib və Florensiyada çanta dizaynerlərindən təcrübə alıb. Dizayner Michael Kors, Zac Posen, Narciso Rodriguez, Lanvin kimi məşhur dəb evlərində çalışıb. Qeyd edək ki, Mənzərin təsis etdiyi "Menzer Hajiyeva" brendi art-şərflərin istehsalı ilə məşğuldur. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|