» » Ölkədə içməli su çatışmazlığı yaranıb? -

Ölkədə içməli su çatışmazlığı yaranıb? - Açıqlama

Bölmə: Xəbər
Ölkədə içməli su çatışmazlığı yaranıb? -
Havaların isti keçməsi nəticəsində bəzi çayların quruması müşahidə olunur.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, hər il avqust ayında ölkədəki bəzi çaylar quruyur və bu, adi haldır:

“Amma ölkə ərazisindəki əsas çaylarda quraqlığın yaranması gözlənilmir. 40 dərəcədən yüksək hava temperaturu geridə qaldı.

Yaxın 2-3 gün ərzində temperaturun 30-35 dərcə arası olacağı proqnozlaşdırılır. Havaların isti keçməsi, quraqlıq çaylarda suyun azalmasına gətirib çıxarır. Bu cür proseslər hər il avqust ayında müşahidə olunub”.

Baş hidroloq bildirib ki, sentyabrından çaylarda sululuq bərpa olumağa başlayacaq:

“Son günlər ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın yüksək olması dağ çaylarına öz təsirini göstərib. Bu cür hallar 2014-cü ildə daha kəskin şəkildə özünü göstərib.

Hazırda quruyan çaylar birbaşa yağış suları ilə qidalarnır. Onlar kiçik çaylardı”.

Azərsu ASC-dən bildirib ki, Azərbaycanın su anbarlarında kifayət qədər içməli su ehtiyatı var:

“Anbarlar su ilə tam doldurulub. Mövcud həcm tələbatı ödəyir. Su təhcizatı ilə bağlı problem yoxdur.

Abşeron yarmadasında və regionlarda Azərsu ASC-nin xidmət göstərdiyi yaşayış məntəqələrində su təhcizatı əvəllki günlərdə olduğu kimi normal qaydada aparılır”.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, regionlarda bəzi çaylarda su quruyub. Alternativ olaraq istifadə edilən su anbarında da xeyli azalma müşahidə edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler