» » Bağlanan bazarın sahibi xəstəxanaya yerləşdirildi

Bağlanan bazarın sahibi xəstəxanaya yerləşdirildi

Bölmə: Xəbər
Bağlanan bazarın sahibi xəstəxanaya yerləşdirildi
1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş, “Təzə Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyev Türkiyədə xəstəxanaya yerləşdirildi.

Bu barədə unikal.org-a V.Şıxaliyev özü “Təzə Bazar”ın fəaliyyətini dayandırıb-dayandırmayacağı bağlı sualımızı cavablandırarkən deyib.

O bildirib ki, artıq heç bir jurnalistin sualını cavablandıracaq gücdə deyil və hazırda Türkiyədə müalicə alır: “Ağır şəkər xəstəsiyəm. Sistem altındayam. Xahiş edirəm məni narahat etməyin. Qoy müalicəmi davam etdirim.”

Qeyd edək ki, iki ay əvvəl “Təzə Bazar MMC” ləğv edilib. Lakin bazarın digər hissəsi fəaliyyətini davam etdirməkdədir.

Bazarın yeni səhmdarı olan “FMC” şirkəti bazarın tamamilə bağlanılması və başqa yerə köçürülməsinə dair iddiaları təkzib edib. Şirkətin səlahiyyətli nümayəndəsi bildirib ki, “FMC” şirkəti tam yeni tərzdə bazar qurmaq niyyətindədir və bu məqsədlə artıq işlərə start verilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler