» » "Həkimlər öldüyünü deyir, amma biz ..." -

"Həkimlər öldüyünü deyir, amma biz ..." - Azərbaycanlı aktrisanın ölümü ilə bağlı təfərrüatlar

Bölmə: Xəbər
"Həkimlər öldüyünü deyir, amma biz ..." -
Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır.

Bu barədə yenicag.az-a aktrisanın xalası qızı Rübabə Səfərova açıqlama verib. Onun sözlərinə görə, Mila Əminənin yenidən həyata qayıtması üçün möcüzə gözləyirlər:

“İki həftədir ki komada olan xalamqızı dünən səhər kliniki ölüm keçirib. Hazırda süni nəfəs aparatındadır. Həkimlər öldüyünü deyir, amma biz möcüzə gözləyirik ki, bəlkə həyata qayıdar. Onu həkimlər öldürdü. Bir ay əvvəl başağrıları var idi. 1 saylı Şəhər Klinik Xəstəxanasına apardıq. Orada həkimlər belindən su çəkiblər. Lakin onun yanında heç bir yaxını olmayıb. Biz o həkimləri də məhkəməyə verəcəyik. Ayaqları tutulurdu, gözü görmürdü, məcbur qalıb onu Türkiyəyə apardıq. Artıq gec imiş. Son günlərini komada keçirdi. Beyninə çirk yığılmışdı. Həkimlər komada ola-ola onu əməliyyat etdilər ki, çirki təmizləsinlər. Amma yenə də xeyri olmadı”.

R.Səfərovanın dediyinə görə, bu gün saat 12:00 radələrində aktrisa süni nəfəs aparatından ayrılacaq:

“Saat 12:00-a qədər də gözləyəcəyik, ayılmasa, dəfn edəcəyik. Anası Türkiyədə yaşadığı üçün xalamqızı Türkiyədə dəfn ediləcək”.

Xalasıqızı aktrisanın son sözlərini də xatırladıb:

“Komaya düşməmişdən əvvəl süni nəfəs aparatına qoşulmuşdu. Aparatı ağzından götürdüm ki, Mila nə istəyirsən? O dedi ki, məni buraxmayın. Dedim, narahat olma, hamımız yanındayıq. Səni tək qoymayağıq. Ömrü 29 yaşında qırıldı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler