» » “Turan” Agentliyinə cinayət işi açılıb

“Turan” Agentliyinə cinayət işi açılıb

Bölmə: Xəbər
“Turan” Agentliyinə cinayət işi açılıb
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə "gəlir ölçüsünün kiçildilməsi" ittihamı ilə cinayət işi açıb.

Xalqinfo” BBC Azərbaycan”a istinadən bildirir ki, VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Agentlik isə vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını təkzib edib və məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler