» » Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var

Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var

Bölmə: Xəbər
Bakıda mikroavtobus aşıb, xəsarət alanlar var
Bakıda mikroavtobus aşıb.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb. Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

3 saylı şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler