» » "28 May” stansiyasında yeni tunel tikilir


"28 May” stansiyasında yeni tunel tikilir

Bölmə: Xəbər
"28 May” stansiyasında yeni tunel tikilir


Fransanın “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisi (Qırmızı və Yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb.

Xalqinfo.az Axar.az a istinadən xəbər verir ki, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 may” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.

Müqavilə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”-nin beynəlxalq əlaqələr üzrə icraçı direktoru cənab Cen-Denys Arnal tərəfindən imzalanıb. Layihənin icrasına yaxın günlərdə başlanılacaq. İşin icrasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyalaı arası) “28 may” stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin birbirindən ayrılması eyni zamanda qatarlar arası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da bu özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

Xatırladaq ki, bu işlərin görülməsi ilə bağlı anlaşma memarandumu 12 may 2014-cü il tarixində Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı imzalanmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler