» » Sumqayıtda yataqxanada partlayış -

Sumqayıtda yataqxanada partlayış - 25 yaralı + Foto + Yenilənib

Bölmə: Xəbər
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

APA-nın xəbərinə görə, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələlik məlum deyil.

* * *

Sumqayıtda yataqxanada partlayış olub.

“Xalqinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

“Xalqinfo” Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Təcili Yardım Xəstəxanası 25 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğın saat 22:20 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -
Sumqayıtda yataqxanada partlayış -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler