» » Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında - Foto

Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında - Foto

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında - Foto
Xəbər verdiyimiz kimi, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen”lə törədilmiş qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

Xalqinfo” xəbər verir ki, yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün “Baku Medical Plaza”ya köçürülüblər.

Xəstəxananın baş həkimi Lalə Şəkərova Haqqın.az-a bildirib ki, Mutallib Tekiş hazırda reanimasiyadadır:

“O, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.

Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler