» » Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma... açıqlandı

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma... açıqlandı

Bölmə: Xəbər, Sosial
Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma... açıqlandı
Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Modern.az-ın məlumatına görə, əmrdə tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2017-2018-ci dərs ilinə aid tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Əmrdə qeyd edilib ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-dən başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür:

birinci yarımil - 15 sentyabr - 26 yanvar;
ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler