Bakıya uçan təyyarəyə raket hücumuBölmə: Xəbər
Honkonq-Bakı reysi ilə uçan təyyarə ballistik raket hücumuna məruz qalıb. Xalqinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, Çin tərəfindən buraxılan raket düz onun yaxınlığından keçib. Raketin buraxılmasını və uçuşunu “Boeing 747-8” yük təyyarəsinin holland pilotu Kristian van Xeyst çəkə bilib. “O, Honkonqdan Bakıya uçarkən raketin buraxılmasını qeydə alıb”, deyə nəşr bildirir. Hadisə iyulun 23-də, layner Himalay dağları üzərindən uçarkən baş verib. “Biz gözlənilmədən üfüqdə parlaq ləkə müşahidə etdik, ləkə dərhal böyüdü və yuxarı qalxdı. Əvvəlcə, bizə elə gəldi ki, bu, hava şarı, yaxud qəribə buluddur. Amma bir neçə saniyə sonra mən bunun raket olduğunu anladım”, deyə Kristian van Xeyst bildirib. Pilotun sözlərinə görə, onun təyyarəsi raket buraxılışı həyata keçirilən vaxt səmadakı yeganə təyyarə olub. “Biz bilirdik ki, Çinin hava məkanının bizim marştun keçdiyi şimal və cənub hissələri bağlıdır, ancaq bizə raket buraxılışının gözlənildiyini xəbər verməmişdilər. Odur ki, bu hadisə bizi çaşdırdı”, deyə van Xeyst qeyd edib. Aydın olub ki, raket uçuşa qadağan olunmuş zonadan şimal istiqamətində – van Xeystin təyyarəsinin trayektoriyası üzrə hərəkət edib. “Raket bizim yanımızca uçdu. Bunu görmək və sınaqdan çıxarmaq həyatda yalnız bir dəfə olur”, pilot bildirib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|