» » Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! -

Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! - Təklif

Bölmə: Xəbər, Sosial
Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! -
1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.
Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.

Modern.az saytı 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin günün dəhşətini əks etdirən simvolik bir abidənun qoyulmasını təklif edir. Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.

Xalqinfo.az xəbər portalı olaraq bu təklifi dəstəkləyirik və Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifə biganə qalmamağı xahiş edirik...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler