» » Baş ginekoloqu işdən çıxardılar

Baş ginekoloqu işdən çıxardılar

Bölmə: Xəbər
Baş ginekoloqu işdən çıxardılar
Bu vəzifəni direktor müavini, professor Cəmilə Qurbanova əvəz edir


Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, institutun direktoru, respublikanın baş ginekoloqu Faizə Əliyeva pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Hazırda bu vəzifəni Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini professor Cəmilə Qurbanova əvəz edir.

Qeyd edək ki, institutun binası hazırda təmir edilir. Binanın bu ilin sonu, gələn ilin əvvəlində istifadəyə veriləcəyi nəzərdə tutulur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler