Nazirlik şikayəti araşdırdıBölmə: Xəbər
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müəyyən edilib, kəsinti faktı aşkar olunmayıb. Araşdırma zamanı məlum olub ki, Səbail rayon İcra hakimiyyəti Başçısının 14.07.2017-ci il tarixli 98 saylı Sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısında yerləşən mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib. Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısı Əli Mehdizadəyə təhvil verilib. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|