» » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bölmə: Xəbər
Sabah hava necə olacaq?
Oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gecəyə doğru bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Bölgələrin hava durumuna gəlincə, oktyabrın 16-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler