» » Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu - Faciə

Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu - Faciə

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Ailəvi dənizə getdilər, 2 uşaq boğuldu - Faciə
Ağstafa sakinləri Xəzər dənizində boğulub. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları, 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu hiss edən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan çıxarılan cəsədləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler