Yetim Eyvaz vəfat etdiBölmə: Xəbər
Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə Modern.az-a şairin yaxınları məlumat verib. Bildirilib ki, şair ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aprılsa da, o dünyasını dəyişib. Mərhum Siyəzənin Qərəh kəndində dəfn olunacaq. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlmub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə getib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edib. 2006-cı ildə Youtube-da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb. Allah rəhmət eləsin! |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|