» » Kürdə batan ata və oğulun cəsədi tapıldı -

Kürdə batan ata və oğulun cəsədi tapıldı - Yenilənib

Bölmə: Xəbər
Kürdə batan ata və oğulun cəsədi tapıldı -
Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin cəsədi tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəridin cəsədi sudan çıxarılıb

***

Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.

Xalqinfo.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib.

Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib.

Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-in Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

***

Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb. Artıq batan şəxslərin adları məlumdur.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, onlar 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəriddir.

Batan şəxslərin axtarışları davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler