» » Qohumunun evindən oğurluq etmək istəyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Qohumunun evindən oğurluq etmək istəyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bölmə: Xəbər
Qohumunun evindən oğurluq etmək istəyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə təqsirli bilinən S.Həmidovun əməli Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib. S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Virtualaz.org yazmışdı ki, S.Həmidov bu ilin mart ayında qohumu və yaxın qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib. Gecə saatlarında qohumunun mənzilindən qızıl və pul oğurlamaq istəyən S.Həmidov yataq otağına keçib. Bu zaman H.Sultanovun həyat yoldaşı Sahibə Mirzəyeva səsə yuxudan oyanıb. S.Həmidov əli ilə qadının ağzını tutaraq səs-küy salmağa qoymayıb. Əks təqdirdə, uşaqlarını və onu öldürəcəyini deyib. Ev sahibi Habil Sultanovun oyandığını görən S.Həmidov oğurluq niyyətini həyata keçirə bilməyərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı H.Sultanov polisə şikayət edib. S.Həmidov iki gün sonra saxlanılıb.

Virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler