» » Biləsuvardakı qəzada yaralananların kimliyi məlum olub -

Biləsuvardakı qəzada yaralananların kimliyi məlum olub - Yenilənib

Bölmə: Xəbər
Biləsuvardakı qəzada yaralananların kimliyi məlum olub -
Biləsuvarda zəncirvari yol qəzası baş verib.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

***

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler