» » Dördüncü sinif şagirdinin həyatını xilas etmək mümkün olmadı

Dördüncü sinif şagirdinin həyatını xilas etmək mümkün olmadı

Bölmə: Xəbər
Dördüncü sinif şagirdinin həyatını xilas etmək mümkün olmadıXalqinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində sürücü bir gündə iki dəfə avtomobil qəzası törədib, ölən və xəsarət alanlar var.
Hər iki hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini Əhmədov Şaiq Həmid oğlu idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən 10 yaşlı piyada Rəsulov Rəsul Zaur oğlunu vurub. Yaralıya ilk yardımı göstərən də avtomobilin sürücüsü olub. Şaiq Əhmədov ağır bədən xəsarətləri alan məktəbli uşağı maşına qoyaraq xəstəxanaya tez çatdırmaq istəyərkən avtomobili yenə də sürətlə idarə edib və hadisə yerindən 400 metr aralıda maşını qarşı tərəfdən gələn Əsgərov Yolçu Rüstəm oğlunun idarə etdiyi “VAZ-2107” markalı maşına çırpıb. Bu avtoqəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şaiq Əhmədov yaralı uşağı tez bir zamanda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdıra bilib. Toqquşma zamanı “VAZ-2107”nin sürücüsü Yolçu Əsgərov da xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, 4-cü sinif şagirdi Rəsul Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler