» » Saatlıda dəhşətli qəza -

Saatlıda dəhşətli qəza - 3 yaşlı uşaq öldü

Bölmə: Xəbər
Saatlıda dəhşətli qəza -
Saatlı rayonunda ağır yol qəzası baş verib.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi “54 BF 813” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler