» » Azərbaycanda 24 dini icmaya maliyyə ayrıldı


Azərbaycanda 24 dini icmaya maliyyə ayrıldı

Bölmə: Xəbər, Din
Azərbaycanda 24 dini icmaya maliyyə ayrıldı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən 2-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini icma olmaqla daha 24 dini icmanın layihəsi maliyyələşdirilib.

Bu məqsədlə iyulun 10-da DQİDK-da keçirilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, tarixi-dini abidələrimizin bərpası sahəsində uğurlu yol keçib. O qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi kimi ölkəmizdə dinə dövlət qayğısı yüksək səviyyədədir.

Səyyad Salahlı çıxışında dövlət başçımızın milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi, dini maarifçilik işinin aparılması və dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətində Dövlət Komitəsinə, eləcə də dini icmalara maliyyə vəsaitinin ayrılması barədə imzaladığı sərəncamların əhəmiyyətinə toxunub.

Sədrin birinci müavini milli-mənəvi irsimizin, ənənəvi İslam dəyərlərinin təbliği və təşviqi, eyni zamanda dövlətçiliyimizin qorunması istiqamətində dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Səyyad Salahlı, eyni zamanda dini icma sədrlərinə rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qüvvələrə qarşı mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Layihələri maliyyələşdirilən Göyçay rayonu Yeniarx kənd məscidi dini icması “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi”, Göyçay rayonu Yalman kənd məscidi dini icması “İslam Həmrəyliyi və sosial ədalət”, Saatlı rayonu Fətəlikənd kəndi “Cümə” məscidi dini icması “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi”, Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icması “İslam həmrəyliyi islamda birgə yaşayış ənənələrinə xidmət edir”, İsmayıllı rayonu Topçu kənd məscidi dini icması “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi”, Masallı rayonu Lürən kənd məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği”, Ağstafa rayonu imam Əli adına “Cümə “ məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”, Gədəbəy rayonunun Gədəbəy şəhər “ Cümə “ məscidi dini icması “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması”, Şirvan bölgəsi üzrə şöbə Salyan rayonu Xurşud kənd məscidi dini icması “İslamda həmrəyliyin əhəmiyyəti”, Qəbələ şəhər dindarlarının məscidi dini icması “İslam Həmrəylik Dinidir”, Yevlax bölgəsi üzrə şöbə Ağdaş rayonu Qəribli kənd məscidi dini icması “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”, Naxçıvan Muxtar Respublikası Şahbuz rayon dini icması “Tolerantlıq ənənələrinin qorunub saxlanılması”, Naxçıvan Muxtar Respublikası Şərur şəhər dini icması “Gənclərimizin radikal dini cərəyanlardan qorunması”, Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması “İslam sülh və həmrəylik dinidir”, Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Yevlax rayonu Yenicə kənd məscidi dini icması “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması “İslam həmrəyliyi məzhəb ayrıseçkiliyinə qarşı”, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “Türkan bağları” məscidi dini icması “İslam həmrəyliyi sülh və birlik nümunəsidir”, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “Came” məscidi dini icması “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur”, Balakən rayonu Kortala kənd məscidi dini icması “İslam dinində vətən sevgisi və şəhidlik” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən layihələri maliyyələşdirilmiş icmalar vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirir, kitablar çap edirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler