» » Fransız qızlar İŞİD-ə gedir

Fransız qızlar İŞİD-ə gedir

Bölmə: Xəbər
Fransız qızlar İŞİD-ə gedir
Fransalı qızların Suriyaya gedərək terror qruplaşmasının üzvünə çevrilmələri xəbəri bütün Avropada səs-küy yaradıb.

ans press-in məlumatına görə, Avropa ölkələrində İŞİD terror qruplaşmasına qoşulanların sayının azaldılmasına çalışıldığı bir vaxtda, 100-ə qədər fransız qızın Suriyaya gedərək İŞİD terror qruplaşmasına üzv olduğu bildirilir.

Üstəlik, terror qruplaşmasına qatılanlar arasında yəhudi qızların da olduğu deyilir. Həmin qızlardan bəziləri haqda İsrailin məşhur qəzetlərindən olan “Yediot Ahronat” qəzeti də yazıb.

Terror “qurbanı” olan avropalı qızların “Facebook” vasitəsilə qruplaşmaya üzv olduqları, onlara əldə etmədikləri, qazanmadıqları uğurların vəd edildiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl “The Guardian”ın yaydığı xəbərlərdən birində də İŞİD-ə qoşulan qızların 90 faizinin fransızlar olduğu yazılmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler