» » Milli Məclis Rəqabət Məcəlləsini 11 ildən sonra müzakirəyə çıxarır

Milli Məclis Rəqabət Məcəlləsini 11 ildən sonra müzakirəyə çıxarır

Bölmə: Xəbər
Milli Məclis Rəqabət Məcəlləsini 11 ildən sonra müzakirəyə çıxarır
Rəqabət Məcəlləsi parlamentin payız sessiyasında gündəliyə çıxarılacaq. Bu barədə Milli Məclisdən Xalqinfo.az-a məlumat verilib.

Bildirilib ki, bu, həmçinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Plana əsasən, 2017-ci ildə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

1. Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması;

2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxan komissiyanın hüquq və vəzifələrinin artırılması, qərarların müstəqil qəbul edilməsinin təsbit edilməsi;

3. Antiinhisar qanunvericiliyi ilə bağlı yerində yoxlamaların aparılması və sübutların götürülməsi zamanı təsərrüfat subyektinin öncədən məlumatlandırılmasının qarşısının alınması nəzərdə tutulur.

Bununla əlaqədar qanun layihəsinin üzərində son tamamlanma işləri görülməkdədir. Rəqabət Məcəlləsi payız sessiyasının gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler