» » Zəhra ilə bağlı kampaniya başladı

Zəhra ilə bağlı kampaniya başladı

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Zəhra ilə bağlı kampaniya başladı
Türkiyənin nüfuzlu media qurumları Twitterdə Zəhra ilə bağlı kampaniyaya start veriblər.

Xalqinfo” xəbər verir ki, Türkiyənin İhlas Xəbər Agentliyi (İHA), "Türkiyə" qəzeti və TGRT Haber kanalı Twitter sosial şəbəkəsində "SUSMA! #BebekKatiliErmenistan başlığı ilə paylaşımlar ediblər.

Məlumat üçün bildirək ki, İhlas Xəbər Agentliyi Twitterdə 553 min 105 izləyiciyə , "Türkiyə" qəzeti 209 min 410 izləyiciyə, TGRT Haber kanalı isə 386 min 412 izləyicisi sayına sahibdir.

"Bebek Katili Ermenistan" hastagı ilə başladılan kampaniya qısa müddətdə twiter istifadəçiləri tərəfindən dəfələrlə paylaşılıb və istifadəçilər bu kədərli gündə Azərbaycanla həmrəy olduqlarını bildirərək, Ermənistanı mülki insanlara qarşı qətliam törətməkdən çəkinməyə səsləyiblər.

Twitter sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərini də bu kampaniyaya qoşulmağa və terrorçu Ermənistan dövlətinin əsl mahiyyətini sosial şəbəkələr vasitəsilə ifşa etməyə çağırırıq.

Zəhra ilə bağlı kampaniya başladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler