» » Diaspor təşkilatları Zəhranın ölümü ilə bağlı nə etdilər...

Diaspor təşkilatları Zəhranın ölümü ilə bağlı nə etdilər...

Bölmə: Xəbər
Diaspor təşkilatları Zəhranın ölümü ilə bağlı nə etdilər...
İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı bir çox xarici ölkələrin parlamentinə, dövlət qurumlarına, diaspor təşkialtlarına, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm məlumat verib.
O bildirib ki, bir sıra ölkələrdə mitinqlər və kütləvi etiraz aksiyalarının keçirilməsilə bağlı icazələrin alınması üçün aidiyyatı qurumlara müraciət edilib:

“Bəzi ölkələrdə icazələr alınıb, bəzilərində isə icazələrin alınması üçün iş aparılır. Azərbaycan diaspor təşkilatları hadisələrin baş verdiyi ilk gündən etibarən buna böyük həssaslıqla yanaşır. Hadisəni insanlığa və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirirlər. Buna görə də azərbaycanlıların yaşadığı bütün dünya ölkələrinin diaspor təşkilatları bu hadisəyə öz münasibətini bildirib və bildirəcəklər”.

E.Miraləm qeyd edib ki, Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələrilə sıx əlaqədədir:
“Bir çox diaspor təşkilatımız Füzuli hadisəsilə bağlı Misir, Şimali Kipr, Niderland Karllığı, Türkiyə mətbuatlarına açıqlamalar verib, brifinqlər keçirilib. Həmçinin, başqa ölkələrdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Diaspor təşkilatlarının belə bir təşəbbüsü var ki, xarici ölkə jurnalistlərinin bu məqsədlə Azərbaycana səfərləri təşkil edilsin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler