» » Gürcüstan və Ermənistandan Azərbaycana qarşı təhlükə

Gürcüstan və Ermənistandan Azərbaycana qarşı təhlükə

Bölmə: Xəbər
Gürcüstan və Ermənistandan Azərbaycana qarşı təhlükə
Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayında apardığı monitorinq nəticəsində qeyd edilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.7 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.92-7.9 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

İyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 79 m3/san artaraq 241 m3/san təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler