» » Kürdə batan polis əməkdaşlarından birinin cəsədi tapılıb - Yenilənib

Kürdə batan polis əməkdaşlarından birinin cəsədi tapılıb - Yenilənib

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Kürdə batan polis əməkdaşlarından birinin cəsədi tapılıb - Yenilənib
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Digər 1 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır. Onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler