» » Azərbaycanda bir gündə 109 cinayət törədilib

Azərbaycanda bir gündə 109 cinayət törədilib

Bölmə: Xəbər
Azərbaycanda bir gündə 109 cinayət törədilib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Xalqinfo.az Daxili İşlər Nazirliyin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler