» » Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib

Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib

Bölmə: Xəbər
Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

S. Qurbanovun vəkili İlkin Mustafanın APA-ya verdiyi məlumata görə, iclasda şahid qismində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Beytulla Hüseynov ifadə verib. B. Hüseynov zərərçəkmiş Ağaisa Mahmudovun dediklərini təkzib edib. Bildirib ki, A. Mahmudovun barəsində danışdığı ev ona yox, bacısına məxsus olub.

Proses iyulun 4-də davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler