» » Kənd sakini PA-ya yazdı, nazirlik qarışdı

Kənd sakini PA-ya yazdı, nazirlik qarışdı

Bölmə: Xəbər, Sosial
Kənd sakini PA-ya yazdı, nazirlik qarışdı
Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

Xalqinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayət ərizəsində qeyd olunan Hirkan Milli Parkının Diryan meşəbəyliyinin 3 saylı dolayının ərazisinə baxış keçirilib. Baxış zamanı ərazidə ağac kəsilməsi faktı aşkar edilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler