» » Azyaşlı "laqonda" ilə özünü doğradı

Azyaşlı "laqonda" ilə özünü doğradı

Bölmə: Xəbər
Azyaşlı "laqonda" ilə özünü doğradı
Yevlax rayonunda 3 yaşlı uşağın atasına məxsus usta aləti ilə oynamaq istəyi bədbəxt hadisə ilə nəticələnib.

Xalqinfo.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Salahlı kəndində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü kənd sakini Həsənov Yusif Elşən oğlu atasının kəsici aləti - "laqonda"sını elektrik cərəyanına qoşaraq oynamaq qərarına gəlib. Nəticədə alət azyaşlının sağ saidinin arxa hissəsini kəsərək ona ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan Y. Həsənov təcili əməliyyat olunub və onun qanaxması dayandırılıb. Amma məlum olub ki, alət uşağən qol sümüklərinin də bir hissəsini də kəsərək ciddi zədələyib.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Y. Həsənovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə mütəxəssislər təkrar baxış keçirəcək və həkimlər yalnız bundan sonra müalicənin davamı barədə qərar qəbul edəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler